Məxfilik siyasəti
Son yenilənmə: 1 oktyabr 2026
Bu siyasət Etibarli.az platformasının (“Platforma”) hansı şəxsi məlumatları topladığını, onlardan necə istifadə etdiyini və hüquqlarınızı izah edir. Məlumatlar Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun emal olunur.
Topladığımız məlumatlar
- Hesab məlumatları: ad, email ünvanı, istəyə bağlı şifrə (yalnız heş formasında saxlanılır).
- Rəy məzmunu: reytinq, mətn, yüklədiyiniz şəkillər. Şəkillərdəki metadata (GPS koordinatları, cihaz məlumatı) yüklənərkən silinir.
- Şirkət nümayəndələri: biznes email, əlaqə şəxsi, telefon, VÖEN, təsdiqedici sənədlər və ödəniş qəbzləri.
- Texniki məlumatlar: sui-istifadənin qarşısını almaq üçün IP ünvanının geri çevrilməz heşi və sessiya kukiləri.
Məlumatlardan istifadə
- hesabınıza giriş və bildirişlərin göndərilməsi;
- rəylərin dərci, moderasiyası və saxta rəylərin aşkarlanması;
- şirkət sahibliyinin və ödənişlərin yoxlanması.
Məlumatlarınızı satmırıq və reklam məqsədilə üçüncü tərəflərə ötürmürük.
İctimai məlumatlar
Dərc olunan rəylərdə adınız və soyadınızın ilk hərfi, rəyin mətni, şəkilləri və tarixi göstərilir. Email ünvanınız heç vaxt ictimai göstərilmir.
Kukilər
Platforma yalnız işləməsi üçün zəruri kukilərdən (sessiya və təhlükəsizlik tokeni) istifadə edir. Reklam və izləmə kukiləri istifadə olunmur.
Saxlama müddəti
Hesab məlumatları hesab aktiv olduğu müddətdə saxlanılır. Hesabı sildikdə rəyləriniz və şəkilləriniz də silinir. Maliyyə sənədləri qanunvericiliyin tələb etdiyi müddətdə saxlanılır.
Hüquqlarınız
Məlumatlarınıza baxmaq, düzəltmək və silmək hüququnuz var. Hesab ayarlarından adınızı dəyişə və hesabınızı silə bilərsiniz. Digər sorğular üçün office@markup.az yazın.
Təhlükəsizlik
Bütün əlaqə HTTPS ilə şifrələnir, giriş keçidləri birdəfəlikdir və bazada heş formasında saxlanılır, ödəniş qəbzləri və sənədlər ictimai əlçatan olmayan qovluqda saxlanılır.